[b]Buffon rekorda yaxınlaşdı[/b]
26.04.2016 - 17:33
[b]Buffon rekorda yaxınlaşdı[/b]

“Yuventus”un ardıcıl 5-ci dəfə “Skudetto”nu qazanması komandanın qapıçısı Canluici Buffonu rekorda bir addım da yaxınlaşdırıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı qolkiper karyerası ərzində 7-ci dəfə ölkə çempionluğunu əldə edib.

 

Bununla o, İtaliya futbol tarixinin ən yaxşı ikinci göstəricisini təkrarlayıb. İtaliya yığmasının qolkiperi 7 dəfə mövsümü zirvədə tamamlamış Qaetano Şirea, Roberto Botteqa (hər ikisi “Yuventus”), Alessandro Kostakurta, Paolo Maldini (hər ikisi “Milan”) və Çiro Ferraraya (“Napoli”, “Yuventus”) çatıb.

 

Daha bir çempionluq isə Buffonu rekordçular sırasına qoşacaq. Hazırda çempionluq sayına görə rekord 8 dəfə bu titula yiyələnən Covanni Ferrari, Cüzeppe Furino və Vircinio Rosettanın əlindədi.

 

Qeyd edək ki, A seriyasının 35-ci turunda “Fiorentina” üzərində səfər qələbəsi (2:1) qazanan “Yuventus” sona 3 tur qalmış 2015/16 mövsümünün çempionluğunu təmin edib.

0