Futbol üzrə Almaniya çempionatının növbəti mövsümünün ilk turunun başlama tarixi açıqlanıb. Apasport.az-ın məlumatına görə, bu barədə Bundesliqanın rəsmi saytında xəbər yer alıb.
2017/18 mövsümünün ilk turuna avqustun 18-də start veriləcək. İlk turda son çempion “Bavariya” “Bayer”i qəbul edəcək.
Mövsümə isə avqustun 8-də, “Borussiya” (Dortmund) və “Bavariya” arasında baş tutacaq superkubok oyunuyla start veriləcək.
Bundesliqanın növbəti mövsümünün tam təqvimi hələ ki, açıqlanmayıb.
Almaniya Bundesliqası
I tur
18 avqust
“Bavariya” – “Bayer”
“Hoffenhaym” – “Verder”
“Herta” – “Ştutqart”
“Frayburq” – “Ayntraxt”
“Borussiya” M. – “Köln”
“Şalke” – “Leyptsiq”
“Hamburq” – “Auqsburq”
“Maynts” – “Hannover”
“Volfsburq” – “Borussiya” D.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu