"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets maaşından narazıdı. Apasport.az saytının "El Mundo Deportivo"ya istinadən məlumatına görə, ispaniyalı futbolçu klubdan əmək haqqının qaldırılmasını tələb edib. Ancaq rəhbərlik bu fikirə o qədər də "isti" yanaşmır. "Barsleona" hazırda bütün diqqətini sərbəst qalma dəyəri 60 milyon avro olan Samuel Umtiti ilə danışıqlara yönəldib.
Buskets 2016-cı ildə klubla olan müqaviləsini 2021-ci ilə qədər uzadıb. Sazişdə oynanılan matçlarına sayına uyğun bonuslar da nəzərdə tutulub.
Buskets daha öncə yalnız həyat yoldaşı və Pep Quardiolanın istəyi əsasında "Barselona"nı tərk edə biləcəyini demişdi. Hazırda məhz Quardiolanın "Mançester Siti"si və PSJ Serxio və klub arasında yaranan anlaşılmaz situasiyanı yaxından izləyirlər.
Qeyd edək ki, Serxio Busketsin sərbəst qalma dəyəri 200 milyon avro təşkil edir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”