[b]Bütün oyunlar sükutla başlayacaq[/b]
03.04.2016 - 14:27
[b]Bütün oyunlar sükutla başlayacaq[/b]

Topaz Premyer Liqasının XXVIII turunun bu gün keçiriləcək bütün matçları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına məlumat verilib.

 

Bildirilib ki, cəbhə xəttində baş verən atışmalar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bütün oyunların start fitindən əvvəl bir dəqiqəlik sükutla anılacaq.

0