[b]Cahangir Hacıyev istefa verdi[/b]
18.03.2015 - 23:04
[b]Cahangir Hacıyev istefa verdi[/b]

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib. Apasport.az saytının məlumatına görə, Bankın Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

 

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

 

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

 

Qeyd edək ki, Hacıyev AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmaqla yanaşı, “İnter” klubunun fəxri prezidentidi (apa.az).