[b]Cahangir Həsənzadə məşqçiliyə başlayır[/b]
30.04.2015 - 09:36
[b]Cahangir Həsənzadə məşqçiliyə başlayır[/b]

Yığmamızın sabiq qapıçısı Cahangir Həsənzadə Türkiyəyə yollanıb. Son klubu “Xəzər Lənkəran” olan veteran qolkiper apasport.az saytına açıqlamasında səfərin futbolla bağlı olmadığını bildirib.

 

Həsənzadə artıq karyerasını rəsmən bitirdiyini və məşqçiliyə başlayacağını vurğulayıb: “Qış fasiləsində “Xəzər Lənkəran”dan ayrılandan sonra özümə yeni klub tapa bilmədim. Bu üzdən də artıq karyeramı bitirmək qərarına gəldim. Hazırda şəxsi işlərimlə bağlı Türkiyədəyəm. Qayıtdıqdan sonra məşqçilik kurslarına qatılacam. Bu sahədə təhsil aldıqdan sonra məşqçiliyə başlamaq istəyirəm”.

 

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Qarabağ”, “İnter” və “Qəbələ” kimi iddialı klubların formasını geyinmiş Cahangir Həsənzadə 2002-2003-cü illərdə Ukraynada legioner həyatı yaşayıb.