FİFA qanalı hakim Josef Odartei Lampteylə bağlı bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub.
Belə ki, CAS FİFA-nın İntizam və Apelyasiya Komitəsinin Lampteylə bağlı ömürlük cəzasını qüvvədə saxlayıb. Komitə bunadək iclasında DÇ-2018-in seçmə mərhələsinin 2016-cı il noyabrın 12-də CAR və Seneqal yığmaları arasında keçirilən oyununu müzakirə edərək, matçın nəticəsinə qanunsuz təsir göstərən referini ağır cəzaya layiq görmüşdü.
CAS araşdırmalar zamanı belə qənaətə gəlib ki, Lamptey qəsdən 2 yanlış qərar qəbul etməklə, oyuna qoyulmuş pulun uduşla nəticələnməsi üçün lazım olan qədər qol hesaba alıb. Məhkəmə bilərəkdən verilən yanlış qərarlar və oyuna pul qoyuluşları arasında açıq-aydın əlaqə var və bu səbəbdən qanalı hakimin matçın nəticəsinə qeyri-qanuni təsiri sübut olunub.
CAS-ın bu qərarı FİFA-nın futbolun bütövlüyü və qərəzsizliyi siyasətini qorumağa dair öhdəliyinin təcəssüm edir. Bu, hadisəni araşdırmağın mühümlüyünü, həm də digər dələduzluq hallarını üzə çıxarmaqda istifadə olunan “Fraud Detection System”indən yararlanan “Sportradar”la mövcud müqavilənin səmərəliliyini göstərir.