“Yenə qol vurmağımı dəyişiklikdən sonra mərkəzdə oynamağımla əlaqələndirməzdim. Mənim üçün mərkəzdə və ya cinahda oynamağın fərqi yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Bu mövsüm aktivində 10 qol olan milli komandamızın üzvü klubun rəsmi saytına açıqlamasında bombardirlik barədə düşünmədiyini bildirib: “10 qol vursam da, indidən bombardirlik yarışına qoşulmağım haqda danışmaq tezdi. Hələ 3 qol lazımdır. Əgər növbəti turda “Qarabağ”a da qol vursam, onda bombardirlikdən danışmaq olar. Daniel Subotiçə məxsus 12 qolluq klub rekorduna çatmaq, yeniləmək istəyərdim. Amma əsas medallar uğrunda mübarizədi. Avrokuboklara bürünc mükafatçı kimi yollanmağımızı istəyirəm”.
Qeyd edək ki, Cavid Hüseynovu hazırda bombardirlər yarışında birinci pillədə qərarlaşan Nurlan Novruzovdan 3 qol ayırır.