UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması – “Qəbələ” –“Apollon” matçında ev sahiblərinin futbolçusu Cavid Hüseynov sarı vərəqə ilə cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, kapitan bu vərəqə ilə cəzalı vəziyyətə düşüb.
Belə ki, bu xəbərdarlıq Cavidin seçmə mərhələdəki oyunlarda üçüncü belə cəzasıdı. Buna görə, təcrübəli yarımmüdafiəçi “Qəbələ” pley-offda oynayacağı təqdirdə ilk oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Hüseynov bundan əvvəl I təsnifat mərhələsinin cavab qarşılaşmasında “Dinamo” (Tbilisi) ilə Bakıdakı oyunda və II təsnifat mərhələsinin ilk matçı – “Çukariçki” ilə səfər oyununda sarı vərəqə ilə cəzalandırılmışdı.