[b]Cavid İmamverdiyev Bakıya böyükhesablı məğlubiyyətlə gəlir[/b]
10.11.2014 - 00:44
[b]Cavid İmamverdiyev Bakıya böyükhesablı məğlubiyyətlə gəlir[/b]

Türkiyə PTT I Liqasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Cavid İmamverdiyevin formasını geyinən "Elazığspor" da növbəti matçına çıxıb.

 

Səfərdə "Bucaspor"un qonağı lan təmsilçimizin komandası darmadağın olub – 3:0.

 

Bu matçda Cavid oyunun 46-cı dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, İmamverdiyev bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna Bakıda hazırlaşan Azərbaycan millisinin düşərgəsinə qoşulacaq.