[b]“Araz”ın ilk məğlubiyyəti, "üçlük" müəyyənləşdi - YENİLƏNİB[/b]
28.04.2018 - 17:39
[b]“Araz”ın ilk məğlubiyyəti, "üçlük" müəyyənləşdi - YENİLƏNİB[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında bu gün XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çempionluğunu rəsmiləşdirən “Araz”ın mövsümdə ilk məğlubiyyəti ilə yadda qalıb.

 

Belə ki, ilk “üçlük”də yerini təmin edən “Marafon Futsal”la üz-üzə Joze Alesionun yetirmələri 4:6 hesabı ilə məğlub olublar. “Marafonçular” bununla da ikinci pillədəki yerlərini möhkəmlədiblər.

 

Günün ilk qarşılaşmasında “Neftçi” İK EKOL-a uduzub. Bu məğlubiyyət onların mükafat qazanmaq arzuların üstündən xətt çəkib. Çünki EKOL son 3 oyunun nəticəsindən asılı olmayaraq, özü üçün ən azı 3-cü yeri təmin edib.

 

Tura  “FK. İtaldizain Futsal” - “Xəmsə” görüşü ilə yekun vurulub. Autsayder bu dəfə də böyükhesabla məğlub olub.

 

Yüksək Liqa

XXVI tur

 

28 aprel

 

“FK. İtaldizain Futsal” – “Xəmsə” - 9:1

Qollar: Rəcəb Fərəczadə, 1:18, 10:20, Faiq Əliyev, 10:52, Anar Ağayev, 12:41, 35:13, Nihad İsmayılov, 13:15, 25:31, Ruzigar İbrahimzadə, 30:43, Elvin Quliyev, 39:12 - Elçin Zeynalov, 23:15

Hakimlər: Yusif Nurullayev, Ramiz Məhərrəmov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov

“Olimpik Star”

“İtaldizain Futsal”: 12. Ramil Həsənzadə (q, k), 10. Faiq Əliyev, 4. Elvin Quliyev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov 1. Ümid Paşayev (q), , 3. Ruzigar İbrahimzadə, 5. Əsəd Əbdülov, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov

Baş məşqçi: Rafail Adbulov

 

“Xəmsə”: 1. Rəşad Zeynallı (q), 10. Əli Həsənov (k), 8. Novruz İbrahimov, 5. Ceyhun Yusifov, 14. Yamin Ağakərimov, 6. Şamo Talıbov, 11. Rüfət Cəlilov, 4. Elçin Zeynalov,

Baş məşqçi: Arif Vəliyev

 

“Neftçi” İK - EKOL - 1:4

Qollar: O. Baxşəli, 11:15 - R. Əhmədov, 7:38, N. Məmmədkərimov, 22:30, F. Atakişiyev, 33:21, S. Həmzəyev, 37:02
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Ələkbər Məmmədov

“Olimpik Star”

“Neftçi” İK: 23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 94. Oruc Baxşəli, 1. Samir Mehtiyev, 8. Vahib Xocayev, 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov
Baş məşqçi: İlqar Aslanov

EKOL: 99. Emin Kürdov (q), 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov, 1. İntiqam Babayev (q), 9. Əsgər Abasov, 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli 
Baş məşqçi: Radik Əhmədov

 

“Marafon Futsal” – “Araz” - 6:4

Qollar: O. Talebi, 2:39, 3:09, 22:55, 35:51, M. Morovati, 18:20, E. Barati, 31:15 // İ. Atayev, 19:15, 31:56, T. Bolinya, 34:12, 39:47

 

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev

“Olimpik Star”

“Marafon Futsal”: 12. Kesra Mehdipour (q), 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov (k), 20. Elyas Barati, 13. Majid Morovati, 2. Kamran Hacıyev (q), 9. Omid Talebi, 77. Saeid Goodarzi, 99. Rüstəm Bağırzadə, 22. Tofik Əliyev 
Baş məşqçi: Elşad Quliyev

"Araz": 1. Rövşən Hüseynli (q), 4. Kardosa Everton Qalo, 6. Eduardo Borges, 5. İsa Atayev, 10. Thaqo Bolinya, 19. Anar Məmmədov (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 2. Adil İsmayılov, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei 
Baş məşqçi: Joze Alesio da Silva

 

Turnir cədvəli
 

1.

Araz

22

19

2

1

137-33

59

2.

Marafon Futsal

21

15

1

5

93-42

46

3.

EKOL

21

12

2

7

91-60

38

4.

Neftçi İK

21

8

5

8

66-56

29

5.

İtaldizain Futsal

21

7

5

9

88-72

26

6

Yasamal

22

5

1

16

65-138

16

7.

Xəmsə

22

0

2

21

49-188

2

 

Bombardir: Tiaqo Bolinya (“Araz”) – 32 qol