[b]Çempiondan 2 milyonluq yardım[/b]
11.05.2016 - 16:30
[b]Çempiondan 2 milyonluq yardım[/b]

İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluğu vaxtından əvvəl rəsmiləşdirən “Lester” xeyriyyə addımı atıb. Apasport.az saytı xəbər verir ki, klub rəhbərliyi Lester şəhərindəki xəstəxanalardan birinə maddi yardım etməyi qərarlaşdırıb.

 

Adı açıqlanmayan klinikaya “tülkülər” tərəfindən 2 milyon funt-sterlinq məbləğində pul köçürüləcək.

 

Məlumatı xəstəxananın rəhbərliyi də təsdiqləyib. Onlar “Lester” tərəfindən atılmış bu addımı sürpriz qarşıladıqlarını bildiriblər.

 

Qeyd edək ki, 37 turdan sonra aktivində 80 xal olan Klaudio Ranyerinin komandası Premyer Liqanın cari mövsümündəki son oyununu səfərdə “Çelsi”yə qarşı keçirəcək. 

0