Asiya Çempionlar Liqasında oynanan “Əl Nəsr” – “Lexviya” oyunu dava-dalaşla qurtarıb. Apasport.az saytının məlumatına görə, Asiyanın ən güclü klub turnirində çıxış edən Qatar klubu “Lexviya” Səudiyya Ərəbistanı təmsilçisi “Əl Nəsr”i səfərdə 3:1 yenərək rəqibini Çempionlar Liqasından kənarlaşdırıb.
Oyunun bitimindən sonra soyunub-geyinmə otağına gedən tuneldə qonaqların qələbə topunu vuran cənubi koreyalı Nam Tay-hee rəqib komandanın uruqvaylı futbolçusu Fabian Estoyanofun hücumuna məruz qalıb.
Rəqibinə arxadan hücum edən Estoyanof komanda yoldaşlarının müdaxiləsinə qədər ona bir neçə yumruq vurmağa nail olub.
Bu hərəkətinə görə alacağı məbləğin yarısı miqdarında cərimələnən uruqvaylı futbolçuya Federasiyanın nə cəza verəcəyi maraqla gözlənilir.