[b]Çempionlar Liqası tarixində görünməmiş məhsuldarlıq[/b]
25.04.2018 - 09:22
[b]Çempionlar Liqası tarixində görünməmiş məhsuldarlıq[/b]

Çempionlar Liqasının 2017/18 mövsümü yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan mövsüm yarışın turnirin tarixinə ən məhsuldar yarış kimi düşüb.

 

Bu, yarımfinalın “Liverpul”la “Roma” arasında görüşündə rəsmiləşib. İngiltərə klubunun 5:2 hesabı ilə qalib gəldiyi matçda 7 qol vurulub.

 

Nəticədə cari mövsüm vurulan ümumi qol sayı 384-ə çatıb. Baş tutan 121 oyunda bu qədər qolun qeydə alınması orta məhsuldarlığı rekord – 3,17 həddinə yüksəldib.

 

Mövsümün sonuna 4 oyun qalsa da, tarixin mütləq rekordu rəsmiləşib. Çünki son qarşılaşmalarda qol vurulmasa, orta məhsuldarlıq 3,07-yə qədər düşəcək. Bu da ötən mövsümə təsadüf edən rekordu (3,04) kölgədə qoyacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasında qol sayında mütləq rekord 2000/01 mövsümünə aiddi. Lakin 157 qarşılaşmada 449 qolun vurulduğu yarışda orta məhsuldarlıq aşağı olub – 2,86.

0