[b]Çempionlar Liqasında püşk atıldı: Finalçılar yenidən üz-üzə [/b]
20.03.2015 - 19:33
[b]Çempionlar Liqasında püşk atıldı: Finalçılar yenidən üz-üzə [/b]

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxış edən 8 klub 4 cütlük təşkil edib

 

Ötən mövsümün finalında üz-üzə gələn İspaniya təmsilçiləri “Real”la “Atletiko” bu dəfə yarımfinalın astanasında qarşılaşacaq. Digər İspaniya təmsilçisi “Barselona” eyni qrupda mübarizə apardığı PSJ ilə yenidən görüşəcək. Digər iki cütdə “Bavariya” “Porto”nu, “Yuventus” isə “Monako”nu sınağa çəkəcək.

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 14-15-də, cavab qarşılaşmaları isə aprelin 21-22-də keçiriləcək.

 

Çempionlar Liqası

1/4 final

PSJ (Fransa) – “Barselona” (İspaniya)

“Atletiko” (İspaniya) – “Real” (İspaniya)

“Porto” (Portuqaliya) – “Bavariya”  (Almaniya)

“Yuventus” (İtaliya) – “Monako” (Fransa)