[b]Çempionlar Liqasının püşkü ilə bağlı yeni qərar[/b]
09.10.2014 - 23:24
[b]Çempionlar Liqasının püşkü ilə bağlı yeni qərar[/b]

UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatma prinsipini dəyişəcək. Apasport.az saytının məlumatına görə, yeni sistemdə Avropanın 7 ölkə çempionlarının qalibləri püşk vaxtı ilk səbətdə yer alacaqlar.

 

Bundan başqa, həmin səbətə qitə miqyaslı ən möhtəbər klub turnirinin son qalibi də əlavə olunacaq. Ən güclü çempionatlar FİFA-nın aylıq reytinq siyahısına əsasən açıqlanacaq. Hazırkı sistemə görə, komandaların səbətlərə bölüşdürülməsi son 5 ildəki çıxış əsasında aparılır.

 

Qeyd edək ki, bu mövsüm “Arsenal” və “Çelsi” birinci səbətdə yer alıb. İngiltərə çempionu “Mançester Siti” isə ikinci səbətdə olub.