[b]Çempionluq rekordu[/b]
08.04.2018 - 13:20
[b]Çempionluq rekordu[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi yeni rekord müəyyənləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu çempionluq sayında əlçatmaz olub.

 

Belə ki, Münhen təmsilçisi Bundesliqanın XXIX turunda “Auqsburq” üzərində səfər qələbəsi (4:1) qazanaraq, çempionluğunu rəsmiləşdirib. Riberi isə “Bavariya”nın heyətində 8-ci dəfə Bundesliqanın qızıl medallarına yiyələnib. Bununla o, Almaniyada ən çox çempion olan əcnəbi oyunçu adına yiyələnib.

 

Riberi eyni zamanda yerlilər arasında çempionluq rekordçusu olan Oliver Kan, Filipp Lam, Mehmet Şoll və Bastian Şvaynştaygerə çatıb.