[b]Cengiz Ündər "Barselona" ilə oyunu buraxa bilər[/b]
30.03.2018 - 21:21
"Roma" Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə keçiriləcək ilk oyuna itki ilə çıxa bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, "canavarlar"ın türkiyəli futbolçusu Cengiz Ündərin aprelin 4-də baş tutacaq matçı buraxmaq ehtimalı böyükdü.
Belə ki, istedadlı oyunçu zədədən əziyyət çəkir. Türkiyə millisində xəsarət alan Ündər hazırda zədəsini sağaltmaqla məşğuldu.
Qeyd edək ki, "Barselona" və "Roma" arasındakı ilk matç İspaniyada, aprelin 10-da baş tutacaq cavab görüşü isə İtaliyada keçiriləcək.
0
0