[b]Cengiz Ündər "Barselona" ilə oyunu buraxacaq?[/b]
02.04.2018 - 16:37
[b]Cengiz Ündər "Barselona" ilə oyunu buraxacaq?[/b]

“Roma” ciddi itki ilə üzləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “canavarlar”ın aparıcı futbolçularından Cengiz Ündərin durumuna aydınlıq gəlib.

 

Türkiyəli yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona”ya qarşı oyunu buraxacaq. 21 yaşlı oyunçu zədə səbəbindən İtaliya A seriyasının ötən turunda “Bolonya” ilə matçda da çıxış etməmişdi.

 

Qeyd edək ki, aprelin 4-də keçiriləcək “Barselona” – “Roma” görüşü Bakı vaxtilə 22:45-də start götürəcək.