[b]Cerard: Ümid edirəm ki, bu, son olmayacaq[/b]
03.05.2015 - 13:39
“Liverpul”un kapitanı Stiven Cerard QPR-lə oyundan sonra matç haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, istifadə edə bilmədiyi penalti vuruşu haqqında danışan kapitan, bunun səbəbini son anda qərar dəyişməsi ilə izah edib:
“Zərbə anından əvvəl heç vaxt qərar dəyişmək olmaz. Mən son anda fikrimi dəyişdim və bu da nəticəsi. Ancaq çox sevinirəm ki, sonradan qol vura bildim və bu qol komandamın qələbəsi üçün həlledici oldu. Ümid edirəm ki, bu, “Enfild Road”da vurduğum son qol olmayacaq”.
0
0