[b]Cerrarddan “Liverpul”dakı komanda yoldaşına dəvət[/b]
07.05.2018 - 13:04
[b]Cerrarddan “Liverpul”dakı komanda yoldaşına dəvət[/b]

“Fənərbaxça”nın müdafiəçisi Martin Şkrtel karyerasını Şotlandiyada davam etdirə bilər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “Reyncers”in yeni təyin olunan baş məşqçisi Stiven Cerrard slovakiyalı futbolçunun xidmətində maraqlıdı.

 

Şkrtelin “Fənəbaxça” ilə olan müqaviləsi 2019-cu ilin yayında bitir. O, Türkiyə Superliqasının ən çox qazanan müdafiəçilərindən biri hesab olunur.

 

Qeyd edək, Stiven Cerrard 2008-2015-ci illərdə Martin Şkrellə birlikdə “Liverpul”un uğurları üçün tər döküb.