[b]Çexiya Çini peşman etdi[/b]
26.03.2018 - 16:02
Yığma komandalar arasında keçirilən Çin kuboku turniri başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda qarşılaşmada yerli komanda Çexiya ilə qarşılaşıb.
Çinlilər erkən qol vurmalarına baxmayaraq, buna peşman olublar. Belə ki, Avropa təmsilçisi fasilədən sonra 20 dəqiqə ərzində 4 dəfə rəqibi mərkəzə dəvət edərək, turnirin üçüncüsü olub.
Çin kuboku turniri
26 mart
Çin – Çexiya – 1:4
Qollar: Xiodonq, 5 – Kalaş, 58; Şik, 59; Krmençik, 62; Kaderabek, 78
Qeyd edək ki, turnirin final görüşündə Uelslə Uruqvay milliləri üz-üzə gəlir.
0
0