DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək Çexiya yığması heyətlə bağlı problemlər yaşayır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın son məşqində cəmi 15 oyunçu iştirak edib.
Zədə ucbatından Almaniya ilə iki gün öncəki qarşılaşmanı buraxan Milan Şkoda artıq sağalıb. Kollektivlə birlikdə məşqlərə qatılan hücumçu yığmamızla görüşdə baş məşqçi Karel Yarolimin ixtiyarında olacaq. Əvəzində Almaniya ilə matçın sonlarında dizindən xəsarət alan yarımmüdafiəçi İrji Skalakın sabahkı oyunda iştirakı sual altına düşüb.
Bundan başqa, seçmə mərhələnin ilk iki görüşündə sarı vərəqə alan digər orta sahə oyunçusu David Pavelka cəzalı duruma düşdüyündən, sabah meydana çıxmayacaq.
Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu Ostrava şəhərinin “Munisipal” stadionunda keçiriləcək.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq