[b]Çexiyanı Azərbaycanla görüşə çıxaracaq məşqçi bəlli oldu[/b]
11.07.2016 - 10:12
[b]Çexiyanı Azərbaycanla görüşə çıxaracaq məşqçi bəlli oldu[/b]

DÇ-2018-də Azərbaycan millisinin rəqibi olan Çexiya yığmasının yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Avropa zonasının C qrupunda çıxış edəcək komanda Karel Yarolimə tapşırılacaq.

 

O, AÇ-2016-dakı uğursuz çıxışdan sonra istefa verib, Rusiya “Anji”sinə yollanan Pavel Vrbanı əvəzləyəcək. Bu barədə xəbəri Çexiya Futbol Federasiyası yayıb. Məlumatda bildirilir ki, hazırda “Mlada Boleslav” klubunun baş məşqçisi olan 60 yaşlı mütəxəssislə danışılar müsbət həllini tapıb və yaxın günlərdə müqavilə imzalanacaq.

 

Tərəflər mütəxəssisin bir müddət həm klub, həm yığmada çalışması barədə razılığa da gəliblər. Yarolim klubunu Avropa Liqası oyunlarına da çıxaracaq. 2014-cü ildən “Mlada Boleslav”ı çalışdıran mütəxəssis bunadək “Dukla”, “Slaviya”, “Slovan”, “Slovaçko”, “Əl-Əhli” (İordaniya), “Əl-Vəhdə” (BƏƏ) klublarında işləyib.

 

Qeyd edək ki, Azərbaycan Çexiya yığması ilə ilk oyunu bu il oktyabrın 11-də səfərdə keçirəcək.

 

0