[b]ÇL: 10 illik həsrət başa çatdı[/b]
11.04.2018 - 01:23
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Siti” üzərində 2:1 hesablı qələbə qazanan “Liverpul” yarımfinala yüksəlib (ilk oyun – 0:3). Apasport.az saytının məlumatına görə, mersisaydlılar bununla da 10 il sonra yenidən qitənin ən güclü 4 komandasından biri olmağı bacarıb.
Belə ki, “qırmızılar” sonuncu dəfə 2008-ci ildə bu sevinci yaşamışdı.
Həmin vaxt finalın biraddımlığında dayanan “Liverpul” həmyerliləri “Çelsi”yə uduzmuşdu – 1:1; 2:3.
0
0