Almaniyanın Şimal-Şərq Regional Liqasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” da növbəti oyununa çıxıb.
Berlin təmsilçisi “Auerbax”ın qonağı olub. Görüş Rüfətin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində yer alan Dadaşov 78 dəqiqə meydanda olub. O, bu müddətdə dubl etməyi bacarıb. 20-ci dəqiqədə penaltidən fərqlənən həmyerlimiz ikinci hissədənin əvvəlində özünün ikinci qolunu vurub.
Qeyd edək ki, aktivində 19 xal olan "Dinamo" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”