Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun komandası “Dinamo” növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Berlin təmsilçisi Almaniyanın Şimal-Şərq Regional Liqasının VIII turunda “Bautzen”i qəbul edib.
Görüş həmyerlimizin komandasınnı asan qələbəsi ilə nəticələnib. “Dinamo”nun 5 cavabsız qolla qalib gəldiyi qarşılaşmanın qəhrəmanı məhz Rüfət olub. 14 və 20-ci dəqiqələrdə ilk 2 qola imza atan Dadaşov 59-cu dəqiqədə oyunda son nöqtəni qoyaraq het-trikini rəsmiləşdirib. Yalnız bundan sonra baş məşqçi onu əvəzləyib.
Qeyd edək ki, hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Dinamo”nun aktivində 16 xal var.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”