Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov yenidən III Bundesliqa klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Berlin “Dinamo”sunun 27 yaşlı forvardı artıq ilk təklifi alıb.
Qış fasiləsində onu heyətinə qatmaqda maraqlı olan “Karl Zeyss” IV Bundesliqanın bombardirindən əl çəkmir. Rüfətin məhsuldar çıxışını davam etdirməsi Yena təmsilçisini bir daha ümidləndirib.
Hücumçu axtarışına çıxan “Karl Zeyss”də baş məşqçi Mark Zimmermann yığmamızın sabiq üzvünün transfer edilməsini istəyib. Çalışdırıcı Dadaşovun hələ ötən yay “Moyzelvits”dən ayrılarkən xidmətində maraqlı olduqlarını gizlətməyib. Qışda isə “Dinamo” keçid üçün müəyyən məbləğ tələb etdiyindən, Zimmermann hücumçuları Timmi Tiele və Florian Dietslə yola davam etmək qərarı vermişdi. “Karl Zeyss” Berlin komandası ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Dadaşovu heyətə havayı cəlb etmək imkanından yararlanmaq niyyətindədi.
Qeyd edək ki, Renat Dadaşov hazırda 23 qolla IV Bundesliqada bombardirlər yarışına başçılıq edir.