Gənclər arasında Almaniya Bundesliqasının Cənub zonasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Renat Dadaşov və U-19 millimizin üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçını keçirib.
Frankfurtlular səfərdə "Kayzerslautern" ilə qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbəni Frankfurt təmsilçisi bayram edib – 2:1.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. “Fraybruq”la oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçumuz bu oyunda Frankfurt klubuna kömək edə bilməyib.
Murad Mahmudov isə start heyətində başladığı görüşün 90+2-ci dəqiqəsində əvəzlənib.
Ehtiyatda bir oyunu olan futbolçularımızın komandası hazırda 10 xalla 14 klub arasında 6-cı pillədə qərarlaşıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”