[b]Dadaşov qol vurdu, komandası səfərdən 3 xalla qayıtdı[/b]
29.03.2018 - 00:22
[b]Dadaşov qol vurdu, komandası səfərdən 3 xalla qayıtdı[/b]

Yığmamızın sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" klubu Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berlin təmsilçisi səfərdə "Altqlenike" ilə qarşılaşıb.

 

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Start heyətində meydana çıxan Rüfət 32-ci dəqiqədə hesabı açmaqla, komandasının qələbəsində pay sahibi olub.  

 

Qeyd edək ki, hazırda aktivində 46 xal olan "Dinamo" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.