[b]Dadaşov qol vurdu, komandası uduzdu[/b]
02.04.2018 - 09:43
Millimizin sabiq futbolçusu Rüfət Dadaşovun komandası Almaniya Şimal Şərq Regional Liqasında növbəti matçını keçirib. Apasport.az saytının xəbərinə görə, hücumçunun şərəfini qoruduğu “Dinamo” “Moyzelvits”in qonağı olub.
Drezden təmsilçisi görüşdən məğlub ayrılıb – 1:2. Start heyətində meydana çıxan Dadaşov komandasının yeganə qoluna imza atıb. 39-cu dəqiqədə fərqlənən hücumçunu fasilədən sonra Vinsent Rabieqa əvəzləyib. Bombardirlər yarışına başçılıq edən Dadaşovun aktivində bu mövsüm 22 qol var.
Qeyd edək ki, “Dinamo” 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0