Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın açılış oyununda Azərbaycan çempionu “Araz”ın rəqibi olacaq “Barselona”nın maraqlı tarixi var.
Belə ki, məşhur Kataloniya klubunda futzal bölməsinin həyatı enişli-yoxuşlu olub. 1978-ci ildə yaradılan futzal komandası 4 ildən sonra dağıdılıb. Lakin 1986-cı ildə “ölü”nü dirildərək yenidən komanda yaradıblar. Həmin vaxtdan da komanda ev oyunlarını “Blauqrana” Sarayında keçirir.
1989/90 mövsümündə yüksək dəstədə debüt edən “Barselona” elə ilk cəhddən mükafatçılar sırasına düşür. Lakin bu 2-ci yer ilk 9 il üçün ən böyük uğurdur. Kataloniyalilar isə 1 gümüş və 1 bürünc qazandığı bu 9 illik dövrdən sonra aşağı dəstəyə yubarlanır.
2000/01 mövsümündə yenidən yüksək liqaya dönən barselonalılar buradakı 3 mövsümü “sürünə-sürünə” keçirir və yenidən aşağı yuvarlanır. Bu dəfə həsrət daha uzun sürür və yalnız 3-cü cəhddən komanda elitaya qayıdır. 2006/07 mövsümündə yenidən güclülər dəstəsində çıxış edən “Barselona” ilk 5 ildə bir bürüncdən artığına nail ola bilmir.
2010-cu ilin yayında isə komandanın tarixində ciddi dəyişikliklər olur. Ulduzlar toplusu yaratmaq qərarına gələn klub rəhbərliyi Torras, Vilde, Lin,kimi oyunçuları heyətinə qatır. Bununla da “El-Pozo”nun hegemonluğuna son qoyan “Barselona” tarixinin ilk titulunu əldə edir. 2010/11, 2011/12 və 2012/13 mövsümlərində “Qızıl dubl” edən ispaniyalılar UEFA kubokunda debüt etdiyi 2011/12 mövsümünün qalibi olur.
Ötən mövsümdə Avropanın 3-cüsü olan kataloniyalılar üçüncü dəfə qatıldığı UEFA kubokunda yenidən “Dördlər finalı”na vəsiqə əldə edib. Lakin artıq komandanın işləri yaxşı getmir. Mark Karmonanın yetirmələri İspaniya çempionatında liderdən 8 xal geridə qərarlaşıb.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi