2016-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Norveç yığmasını qəbul edəcək Azərbaycan millisi dünən son məşqini keçib. Apasport.az-ın məlumatına görə, diqqət çəkən məqam sabiq baş məşqçi Berti Foqtsun köməkçilərindən olan Volfqanq Rolffun da məşqdə iştirak etməsi idi.
Toplu çalışmalar və ikitərəfli oyun zamanı futbolçulara göstərişlər verən Rolff da burada çox qalmayacaq. Çünki Norveçlə görüşdən sonra o da həmyerliləri kimi, birdəfəlik vətəninə yola salınacaq.
Maraqlıdı ki, Volfqanq Rolff Berti Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunun son almaniyalı nümayəndəsi idi. Həmyerlilərinin hamısından gec gələn 54 yaşlı mütəxəssis hamıdan da gec gedəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı