[b]Dani Alves mundialı buraxa bilər[/b]
09.05.2018 - 19:51
PSJ-nin müdafiəçisi Dani Alves sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Fransa Kubokunun finalında “Le Arbe” ilə görüşdə zədələnib.
Dizindən xəsarət aldığı üçün əvəzlənən braziliyalı futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Hətta futbolçunun dünya çempionatından kənarda qalmaq ehtimalı da var. Lakin Alves özü əməliyyata ehtiyac qalmadığını və mundiala qədər hazır olacağını deyib.
Qeyd edək ki, PSJ – “Le Arbe” oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
0
0