“Yuventus”un müdafiəçisi Dani Alveş komandasını tərk edə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu braziliyalı futbolçu özü bildirib.
34 yaşlı “sambaçı” gələn ilin yayına qədər olan müqavilə müddətini uzatmaq arzusundadı. Alveş müddətin 2019-cu ilə qədər artırılması üçün rəhbərliyə xəbər göndərib. Əks təqdirdə o, bu yay komandanı tərk edəcəyini söyləyib.
Futbolçunun xidmətində maraqlı olan komandalar arasında “Çelsi”, “Mançester Siti” və Çin təmsilçiləri də var. Xüsusən də, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola “Barselona”dakı tələbəsini komandasında görməkdə israrlıdı.
Qeyd edək ki, geridə qalan mövsümdə 33 matçda iştirak edən Dani Alveş 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.