[b]Daniel Genov Azərbaycana qayıdır[/b]
08.10.2014 - 16:43
[b]Daniel Genov Azərbaycana qayıdır[/b]

Bakının “İnter” klubundakı çıxışları ilə tanınan Daniel Genov karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı bolqarıstanlı yarımmüdafiəçi ölkəmizdən təklif alıb.

 

Vətənində Sofiya “Lokomotiv”inin formasını geyən Genov 3 ölkədən aldığı təklifləri götür-qoy edir. Belə ki, Azərbaycan və Kiprin yüksək liqalarından, həmçinin Almaniyanın II Bundesliqasından orta sahə oyunçusuna təklif var.

 

Qeyd edək ki, 2010-13-cü illərdə “İnter”in şərəfini qoruyan Daniel 2011/12 mövsümündə “Simjurq”a icarəyə verilib.

 

 

0