“Qəbələ”nin futbolçusu Daniel Subotiç Azərbaycan kubokunun bombardirləri siyahısında irəliləyib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin hazırda davam edən “İnter”lə cavab oyununda hesabı açan legioner yarışda 3-cü qolunu vurub.
Bu rəqiblə Bakıdakı görüşdə dubl müəllifi olan Daniel bombardirlər cədvəlində 3-cü pilləyə şərik olub. O, Amil Yunanov (“Sumqayıt”), Rauf Əliyev (“İnter”) və Jonas Pesalliyə (“Neftçi”) çatıb.
Cari mövsümdə ən çox qol vuran oyunçular isə Dino Ndlovu (“Qarabağ”) və
Namiq Ələsgərovdu (“Qarabağ”/“Neftçi”). Bu oyunçuların hərəsi 4 dəfə fərqlənib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə