[b]DÇ-2018-də pley-offun iştirakçısı müəyyənləşdi[/b]
07.09.2017 - 11:40
DÇ-2018-in seçmə mərhələsinin Okeaniya zonasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iki oyunun yekununda (6:1, 2:2) Solomon yığmasına qalib gələn Yeni Zelandiya qitələrarası pley-offa yüksəlib.
Ada təmsilçisi DÇ-nin final mərhələsinə vəsiqə uğrunda matçda Cənubi Amerika zonasının 5-ci komandası ilə görüşəcək. Bu oyunlar noyabrda baş tutacaq.
Qeyd edək ki, Cənubi Amerika zonasının seçmə mərhələsinin sonuna iki tur qalmış 5-ci pillədə Argentina millisi qarşılaşıb.
0
0