[b]DÇ-2026 üçün 4 rəsmi müraciət[/b]
26.03.2018 - 17:03
2026-cı ildə keçiriləcək dünya çempionatı ilə bağlı 4 ölkə namizədliyini rəsmən irəli sürüb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
Bildirilir ki, ABŞ, Kanada, Meksika və Mərakeş mundiala ev sahibliyi etmək üçün ali futbol qurumuna rəsmi sənədlərini göndərib. Mərakeşdən fərqli, ilk 3 Şimali Amerika ölkəsi dünya çempionatını birlikdə təşkil etmək niyyətindədi.
Qeyd edək ki, FİFA DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin adını iyunun 13-də Moskvada 211 ölkənin federasiya nümayəndəsinin iştirakı ilə keçiriləcək konqressdə açıqlayacaq.
0
0