İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Yuventus” – “Torino” matçı canlı efirdə şərhsiz yayımlanacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb kanal əməkdaşlarının etiraz əlaməti olaraq tətil etməsidir.
Belə ki, matçı canlı göstərəcək “RAİ Sport” telekanalı ilk dəfə olaraq dünya çempionatının yayım hüququndan məhrum qalıb. Rusiyada keçiriləcək mundialın transilyasiyası ilə Mediaset qrupuna həvalə olunub.
Bu səbəbdən etiraz edən kanal rəhbərliyi narazılıqlarını bu şəkildə ifadə edəcəklər. Onlar hətta derbi boyunca oyunöncəsi və sonrası açıqlamalara da yer verməyəcəklər.