[b]Di Mariya yenidən Madriddə?[/b]
08.05.2018 - 15:09
[b]Di Mariya yenidən Madriddə?[/b]

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya yenidən İspaniya La Liqasına qayıda bilər. Apasport.az saytının “Cadena Ser” radiosuna istinadən məlumatına görə, Paris klubunun rəhbərliyi argentinalı futbolçunu “Atletiko”ya təklif edib.

 

PSJ maliyyə feyr-pleyi qaydalarını pozmamaq naminə Di Mariyanın göndərilməsində xüsusi maraqlıdı. “Atletiko” tərəfinin isə yalnız Antuan Qrizmann komandadan ayrılacağı təqdirdə, transferi düşünəcəyi bildirilir.

 

Cari mövsümdə Fransa Liqa 1-də 29 matçda meydana çıxan Anxel Di Mariya 11 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.