[b]Nazarov - dəyməsin nəzər![/b]
08.06.2015 - 00:10
[b]Nazarov - dəyməsin nəzər![/b]

Dmitri Nazarov Azərbaycan millisinin heyətində 3-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, Serbiya ilə Avstriyada keçirilən yoxlama oyununda (1:4) yığmamızın yeganə qolunun müəllifi olan yarımmüdafiəçi bununla da Emin Quliyevə çatıb.

 

Belə ki, millinin bombardirləri siyahısında 20-ci olan Quliyev də eyni sayda qola malikdi. Yığmamızın 23 illik tarixində 3 və daha çox qol vuran 21-ci futbolçu olan Nazarov bu oyunçular arasında ən yüksək orta məhsuldarlıq nümayiş etdirir.

 

Məsələ ondadı ki, Nazarov 3 qolu 9 qarşılaşmada vurub. Bu isə onun hər qarşılaşmada 0,33 dəfə fərqlənməsi deməkdir.

 

Belə məhsuldarlıq yığmada 3 və daha çox qol vuranlar üçün rekorddu.

 

Ən azı 3 qol vuran oyunçulardan Fabio Luis Ramim 0,26, Rüfət Dadaşov 0,25-ə bərabər orta göstəriciyə malikdi.

 

Millidə 3 və daha çox qol vuranlar

 

1. Qurban Qurbanov – 14

2. Vaqif Cavadov – 9

3-5. Elvin Məmmədov , Branimir Subaşiç, Rauf Əliyev – 7

6. Zaur Tağızadə - 6

7-10. Fərrux İsmayılov, Nazim Süleymanov, Vidadi Rzayev, Vyaçeslav Lıçkin – 5

11-19. Mahir Şükürov, Fabio Luis Ramim, Rəşad Sadıqov, Ruslan Abışov, Vüqar Nadirov, Nadir Nəbiyev, Rüfət Dadaşov, Samir Əliyev, Yunis Hüseynov – 4

20-21. Emin Quliyev, Dmitri Nazarov - 3