Topaz Premyer Liqasının VIII turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, turun 4 qarşılaşmasında göstərilən vərəqələr bəzi oyunçuların qarşısında “qırmızı işıq” yandırıb.
Cəzalılardan ikisi “Zirə” - “Neftçi” matçından sonra belə vəziyyətə düşüb. Qonaqların futbolçusu Rahil Məmmədov ikinci sarı üzündən qırmızı vərəqə aldığı üçün “Qarabağ”la IX turun matçını buraxacaq. Paytaxt derbisində Vüqar Mustafayevin aldığı xəbərdarlıq isə onun mövsümdə 4-cü cəzası olub. Futbolçu bu üzdən AZAL-la növbəti turun matçında “istirahət edəcək”.
Digər cəzalı isə “İnter”in heyətindədi. “Qəbələ” ilə qarşılaşmada 4-cü sarı vərəqəsini alan Fuad Bayramov da 1 matçlıq cəzalanıb. O, qarşıdakı turun “Kəpəz”lə oyununu buraxacaq.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer