“Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanuya məxsusdur.
Bu gün Topaz Premyer Liqasının XI turun oyunları keçirilir. Turun ilk matç günündə” Qəbələ” doğma publika önündə “Bakı” ilə qarşılaşıb. Hesabda öndə olan meydan sahibləri üstünlüklərini qoruya bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmadan sonra rumıniyalı çalışdırıcı heç-heçə qalmalarına şərh verib: “Nəticədə bir xalla kifayətləndik. Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz”. (pfl)
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”