“İlk növbədə fanatlardan üzr istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumıniyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIII turunda doğma publika önündə “Simurq”a 2:3 hesabı ilə uduzduqları oyuna şərh verib: “Biz onlara qələbə bəxş edə bilmədik. Nəticəyə görə cavabdeh mənəm. Çünki ilk “11-liy”i mən təyin edirəm. Nəticə istədiyimiz kimi olmadı. Ona görə də günahkar mənəm. Bəlkə də qələbəyə daha çox layiq olan komanda “Qəbələ” idi. Bu gün fərdi planda səhvlər etdik. Bunun da nəticəyə təsiri oldu. Ruslan Abışov ilk hissədə səhvsiz oynadı. İkinci hissədə müəyyən səhvləri oldu. Müdafidə Ruslan Abışov, Müşfiq Teymurov, Ruslan Tağızadə və Rafael Santosa şans verməli idik. Çünki başqa variantımız yox idi”.(pfl)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı