[b]Dünya çempionatına qədər yeni məşqçinin adı açıqlanacaq[/b]
08.05.2018 - 14:48
[b]Dünya çempionatına qədər yeni məşqçinin adı açıqlanacaq[/b]

“Arsenal”ın yeni baş məşqçisinin kim olacağı hamıda maraq doğurur. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, “topçular” yeni çalışdırıcının adını dünya çempionatının startına – 14 iyuna – qədər açıqlayacaq. Dəqiq bir tarixdən isə söhbət gedə bilməz.

 

“Arsenal”ın siyahısında “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike, Massimiliano Alleqri (“Yuventus”) və Leonardu Jardim (“Monako”) kimi mütəxəssislərin adları var. Həmçinin London klubu gənc çalışdırıcılar - Mikel Arteta (“Mançester Siti”nin köməkçi-məşqçisi) və Patrik Vieyranın (“Nyu-York Siti”) da xidmətində maraqlıdı.

 

Xatırladaq ki, Arsen Venger 22 illik fəaliyyətinin ardından, mövsümün sonunda “Arsenal”ı tərk etmək qərarı verib.