[b]Dünya çempionatında yeni rekord - FOTO[/b]
26.06.2014 - 10:17
[b]Dünya çempionatında yeni rekord - FOTO[/b]

İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri rekorda imza atıb. Apasport.az xəbər verir ki, o, dünya çempionatının qrup mərhələsində Hondurasla görüşdə 3 qol vurub və bununla, mundiallar tarixində bir oyunda ən çox qol vuran isveçrəli olub.

 

Buna qədər isə həmin rekord Adrian Knupa məxsus idi. O, 1994-cü ildə Amerikada keçirilən dünya çempionatında Rumıniya millisinə 4:1 qalib gəldikləri görüşdə dubl etmişdi.  

 

0