UEFA Çempionlar Liqasının qalibi adını qazanan İspaniya “Real”ı həm də klublararası dünya çempionatına vəsiqə əldə edib. Apasport.az saytının məlumatına görə, Zinəddin Zidanın yetirmələri mundialın 4-cü iştirakçısı olub.
Bunadək Meksika “Qvadalaxara”sı KONKAKAF, Yeni Zelandiya “Vellinqton”u Okeaniyada Çempionlar Liqasını qazanıb, dünya çempionatında oynamaq hüququ əldə etmişdi. “Əl-Əyn” isə təşkilatçı ölkənin BƏƏ-nin çempionu kimi buna nail olub.
Okeaniya təmsilçisi və meydan sahibi yarışın 1-ci mərhələsində üz-üzə gələcək. “Qvadalaxara”, həmçinin Afrika və Asiyada Çempionlar Liqasının qalibi olan komandalar isə mübarizəyə 1/4 finaldan qoşulacaq.
“Real” birbaşa yarımfinala vəsiqə əldə edib. Cənubi Amerikanın ən yaxşısı da bu raunddan yarışa start verəcək.
Qeyd edək ki, mundial dekabrın 12-22-də baş tutacaq.