“Kəpəz”in son 6 oyununun ikinci hissəsində heç-heçə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunun “Sumqayıt”la ev oyununda (1:1) da bu seriyanı davam etdirən qərblilər rekordçular sırasına düşüb.
Belə ki, son görüşdə hər iki qol fasilədən sonra vurulduğundan Yunis Hüseynovun yetirmələri 6-cı dəfə ikinci 45 dəqiqəni sülhlə tamamlayıb. Bununla da Gəncə klubu hazırda davam edən seriyalar arasında dünya 4-cüsü olub.
İlk üç pillədə 7 oyunluq seriyaya malik komandalardı. İtaliya “Karpi”si, Şotlandiyanın “Bervik”, İngiltərənin “Meydston” komandaları təmsilçimizi qabaqlayır.