[b]Dünya futbolunun “çoxillik şərab”ları[/b]
14.09.2016 - 00:26
[b]Dünya futbolunun “çoxillik şərab”ları[/b]

Müasir futbolda oyun tempi və matç qrafikinin çox yüksək olduğunu düşünsək, oyunçuların fiziki vəziyyətlərinin üst səviyyədə olması əsas şərtlərdən biri hesab olunur. Təbii olaraq da yaşı çox olan oyunçular istadadları ilə digərlərini qabaqlasalar da, çox da seçilmirlər.

 

Ancaq bu teoremin əksinə olaraq yaşlandıqca müdrikləşən və komandasının vazkeçilməzi olan futbolçular da var. Apasport.az saytı “goal.com” poratlının 10 oyunçudan ibarət siyahısını təqdim edir.

 

10. Xavi Hernandez

 

FBL-QAT-SADD-LEKHWIYA

 

“Barselona”nın qazandığı zəfərlərdə manşetləri Messinin şəkilləri bəzəsə də katalonların əsas silahı olan axıcı pas sisteminin kilid adamı Xavi olub. İspaniya milli komandasında da klubdan yoldaşı İnyesta ilə birlikdə əla ortaqlıq qurmuş Hernandez 2010-cu ildə dünya çempionu olanda 30, 2012-ci il Avropa çempionluğuna sevinəndə isə 32 yaşında idi.

 

9. Didye Droqba

 

FBL-MLS-ARSENAL-SAN-JOSE

 

Karyerasının bir bölümündə “Qalatasaray” forması da geyinmiş Droqba “Çelsi”yə illərdi gözlədiyi Çempionlar Liqası kubokunu qazandıran qolu vuranda 34 yaşında idi. Hazırda MLS-də “Monreal İmpakt” klubunda çıxış edən təcrübəli hücumçu qolları sıralamaqda davam edir.

 

8. Antonio Di Natale

 

Udinese Calcio v Carpi FC - Serie A

 

Karyerası boyunca hörmət görən Di Natalenin 32 yaşına qədər 20 qol həddini keçdiyi bir mövsüm olmamışdı. 32 yaşında 29 qolla mövsümü tamamlayan oyunçu növbəti mövsümlərdə 28, 23, 23, 23 və 17 qol vurub. Klub karyerasındakı 277 qol möhtəşəm finala yaraşan bir statistika olmuşdu.

 

7. Luka Toni

 

Hellas Verona FC v Juventus FC - Serie A

 

2006-da dünya çempionu olan İtaliya milli komandasının heyətində olan Luka Toni həmin il A seriyasında bombardir olmuşdu. Daha sonra karyerasında kəskin enişə keçən Toni “Verona” forması ilə toparlanmğı bacardı. Karyerasının son illərində yenidən bombardirlik sevinci yaşayan Luka üstəlik son mövsüm də 20 qol həddini aşdı.

 

6. Peter Şmeyhel

 

Peter Schmeichel

 

“Mançester Yunayted” tarixinin əfsanələrindən olan Şmeyxel 36 yaşında klubuna 3 önəmli kubokla vida etmişdi. Qapıçı kimi refleksləri yaş keçdikcə zəifləsə də, əla fiziki formada olan danimarkalı hətta karyerasının son illərində də klubunda çox faydalı ola bilmişdi.

 

5. Andrea Pirlo

 

Italy v Malta - UEFA EURO 2016 Qualifier

 

“Çoxillik şərab” ifadəsinə ən çox uyğun gələn oyunçu İtaliya futbolunun əfsanəsi Andrea Pirlodur. “Yuventus”un son illərdəki dominantlığında əsas rollardan birini oynayan Pirlo yaşı artdıqca səviyyəsindən heç nə itirməyib.

 

Bənzərsiz meydanı görmə qabiliyyəti, məsafə tanımayan millimetrik ötürmələri ilə dünya futbolunda ən çox hörmət görən oyunçulardan biridir.

 

4. Fabio Kannavaro

 

Italy's Fabio Cannavaro poses before the

 

Dünya futbolunda “Qızıl top” mükafatını qazanan nadir müdafiəçilərdən olan Kannavaro bunu 33 yaşında bacarıb. Boyu balaca olmasına rəğmən,  həm “Yuventus”da, həm “Real”da ən yüksək səviyyədə çıxış edən əfsanə oyunçu İtaliya futbolunun da önəmli fiqurlarında biridir.

 

3. Edvin Van der Sar

 

Edwin van der Sar Comes Out Of Retirement To Play For Dutch Amateur Team

 

“Mançester Yunayted”ə 35 yaşında transfer olunan Van der Sar karyerasının son illərində “qırmızı şeytanlar”la çox önəmli nailiyyətlərə imza atdı.

 

6 mövsümdə 4 Liqa çempionluğu, 3 FA Cup, 2 Liqa Kuboku və Çempionlar Liqası çempionluğu qazandı. Ötən mövsüm qısa bir müddət üçün “Hofdklasse” forması ilə karyerasını bərpa etmişdi.

 

2. Pol Skoulz

 

Manchester United Legends v Bayern Munich All Stars

 

“Mançester Yunayted” tarixinin simvol oyunçularından biri olan Skoulz heç vaxt cəld və sürtəli oyunçu olmasa da, yüksək səviyyədə ötürmə qabiliyyəti və epizod bilgisi ilə hər zaman bu zəifliyini bağlamağı bacarıb. Futbolu buraxdıqdan sonra qısa bir müddətə yenidən “Yunayted” üçün meydana qayıtması da bunun nəticəsi idi.

 

1. Zlatan İbrahimoviç

 

Hull City v Manchester United - Premier League

 

PSJ forması ilə ötən mövsüm rəsmi oyunlarda 50 qola imza atan İbrahimoviç irəliləyən yaşına rəğmən dünyanın əndinamik liqalarından birinə - İngiltərə Premyer Liqasına transfer oldu. “Mançester Yunayted” forması ilə də mövsümə sürətli başlayan İbra artıq rəsmi matçlarda 4 qol vurub.

0